Bir dəfə
Diogen şəhər meydanında fəlsəfi mövzuda moizə
eləməyə başlayır. Heç kəs ona qulaq asmır. Bunu
görən Diogen quş kimi cikkildəməyə başalyır. Ətrafa
tezcə xeyli avara toplanır və maraqla onu dinləməyə
başlayırlar.
- Baxın, afinalılar, budur sizin ağlınızın qiyməti
– deyə Diogen onlara irad tutur – sizin üçün ağıllı
söhbətlər edəndə, qızıl xırdalayanda dinləmədiniz,
ağılsız quş kimi cikkildəyən kimi ağzınızı ayırıb
dinləməyə başladınız.
Axmaq
sizsiniz
Bir
dəfə Diogen bir heykəlin qabağında durub sədəqə
istəyirmiş. Ondan soruşurlar:
- Niyə belə axmaq işlə məşğul olursan? Heykəl
də sədəqə verər?
Diogen deyir:
- Axmaq sizsiniz. Özümü rədd cavabına alışdırıram.
Mən məşq edirəm ki, adamlar mənə sədəqə verməyəndə
ruhdan düşməyim. Başqa
yer tapmadımBir
dəfə çox varlı əyanlardan biri Diogeni evinə qonaq
çağırır. Ev çox cah-cəlallı imiş. Hər tərəfə xalı-xalça
döşənibmiş. Diogenin plebey vərdişlərini bilən
ev sahibi ondan xahiş edir ki, yerə tüpürməsin.
Diogen o dəqiqə onun üzünə tüpürür. Əyanın özünü
itirdiyini görən Diogen deyir:
-Bağışla, bu evdə sənin üzündən başqa tüpürməli
bir yer tapmadım.