Əsrlər
boyu insanın gələcəyini bilmək ehtirası onu müxtəlif
sistemlər yaratmağa sövq eləyib. Qədim yunan riyaziyyatçısı
Pifaqorun sistemi də bu yöndə axtarışlardan biridir.
O, gələcəyi öyrənmə metodunu rəqəmlər və onların
izahı üstündə qurub. Pifaqor uzun illər daqonların
qəbiləsində yaşayıb. Deyələnə görə onlar sirli atlantların
nəinki müasirləri, həm də şagirdləri olublar. Pifaqorun
bu qəbilədə öyrəndiyi və məhdud sayda insanlara
agah olan həqiqətləri sistemləşdirərək yaratdığı
üsul indiyədək insanları heyrətə salır. Pifaqorun
sistemi insan və onun xasiyyətindən bəhs edir. Bizim
tam mahiyyətimiz doğulduğumuz tarixdə artıq müəyyənləşdirilib.
Pifaqor sistemi reinkarnasiya ideyasına əsaslanır
– ruhun çoxsaylı təmsili və onun müxtəlif bədənlərdə
olan həyatı. Ona görə də bu üsul doğulan zaman alınmış
qüvvəni təyin etməyə imkan verir.
Pifaqorun
üsulu 9 kvadrat sistemindən ibarətdir, ora doğum
gününün rəqəmləri yazılır. Pifaqorun təklif elədiyi
sistemə görə rəqəmlərin köməyi ilə doğum gününü
bilən şəxs özü və doğum tarixi bilinən hər hansı
adamın xasiyyətini müəyyən eləyə bilər. Bu taleyin
hökmü deyil, təbiətin bəxş elədiyi neməti necə reallaşdıracağı
insanın özündən asılıdır. Ehtimal ki, ətraf mühitin,
şəraitin də rolu az deyil. Əgər valideynlər öz uşaqlarını
anadangəlmə xasiyyətilə tərbiyə etsəydi , onda yer
üzündə istedadlı və qeyri-adi insanlar daha çox
olardı.
Pifaqor
üsulu bu nümunə ilə hesablanır:
1.
Təvəllüd: məsələn, 27. 06. 1948.
İlin
rəqəmlərini toplayırıq: 1+9+4+8=22
2.
Doğum gününü və ayı toplayırıq: 2+7+0+6=15
3.
Alınmış iki ədədi toplayırıq: 22+15=37 – aldığımız
ədəd birinci işçi ədəd adlanır.
4.
Birinci işçi rəqəmin ədədlərini toplayıb 3+7=10
– ikinci işçi rəqəmi alırıq.
5.
Birinci işçi rəqəmdən doğum gününün birinci ədədinin
ikimislini çıxırıq: doğum günü 27, birinci ədədi
2 (əgər 08 olarsa, onda ikinci (8) ədədi götürürük).
37-2x2=33 – üçüncü işçi rəqəmini alırıq.
6.
Üçüncü inçi rəqəmin ədədlərini toplayırıq: 3+3=6
– dördüncü işçi rəqəmi alırıq.
7.
Deməli bizim birinci işçi rəqəmimiz – 37, ikinci
işçi rəqəmimiz - 10, üçüncü işçi rəqəmimiz - 33,
dördüncü işçi rəqəmimiz – 6-dır. İndi rəqəmləri
iki cərgə ilə yazırıq: birinci cərgə təvəllüdün
rəqəmlərindən tərtib edilib: 27.06.1948 (Pifaqora
görə 0 rəqəmi qeyd olunmur). İkinci cərgə işçi rəqəmlərdən
ibarətdir: 37.10.33.6
Həmən
sıraları yan-yana qoyub cədvəli doldura bilərsiz.
9 şöbəli kvadrat cədvəl çəkirsiz. 1-dən 9-a qədər
rəqəmlərə uyğun damalara təkrarlanan rəqəmləri
yerinə yazın. Sonra hər damada hər rəqəmdən neçəsinin
dayandığını müəyyənləşdirib testə uyğun hissəni
oxuyun.

Neçənci
dəfədir ki, dünyaya gəlirsən?
27.6.1948
– birinci cərgəni topladıqda 7 ədədi əmələ gəlir.
37.1.33.6
– ikinci cərgəni topladıqda 6 rəqəmi alınır.
7+6=13
Pifaqora
görə, hər bir insan dünyaya 15 dəfə gəlir. Bu iki
gcərgədəki ədədlərin sayı və ya cəmi bu insanın
13 dəfə dünyaya gəlişini söyləyir.
1-ci
kvadrat (insanın xasiyyəti, iradə)
1-
son dərəcə eqoist (ancaq o yaşamalıdır).
11
– eqoizmə yaxın xasiyyət (həmişə özünü tərifləyir).
111
– üzüyola, yaxşı xasiyyət.
1111
– çox iradəli, güclü xasiyyət.
11111
– diktator, müştəbeh adam.
111111
– nadir hallarda rast gəlinir, çox qəddar adam.
Amma yaxın adamı üçün mümkün olmayanı eləməyi bacarır,
lakin onunla yola getmək çox çətindir.
2-ci
kvadrat (bioenerji)
- bioenerji yoxdur, təbii kanallar enerjinin intensiv
yığılması üçün açıqdır.Bu adamlar köhnə şeyləri
xoşlayır, ətrafdakılara münasibəti pis deyil. Təbiətcə
tərbiyəli olurlar.
2
– bioenerji kifayət qədərdir, lakin idmanla məşğul
olmaq lazımdır. Havanın, atmosferin dəyişkənliyinə
çox həssasdır.
22
– bioenerji kifayətdir, hətta başqalarını müalicə
eləyə də bilər.
222
– yaxşı ekstrasensdir.
2222
– bu insanlar əks cinsi çox sevir. Bura 666 da əlavə
edilsə özünüzü ayağı sürüşgənlikdən qoruyun.
3-cü
kvadrat (səliqəlik, dəqiq elmlərə meyllik)
- çox təmizkar, punktual. Cəmiyyətdə söhbətləriylə
fərqlənirlər.
3
– bu adamları səliqəsizlik narahat edir, lakin istəyirəm
edirəm, istəmirəm – etmirəm – prinsipi ilə yaşayırlar.
Hər şey əhval –ruhiyyədən asılıdır. Onlarçün qənaət
eləmək havanı balonlara doldurub saxlamaq kimi bir
şeydir.
33
– elmə meylli olurlar. Yaxşı riyaziyyatçı, kimyaçı,
fizik ola bilər.
333
– elmlərə ikiqat meylli, əgər elmlərdə özünü reallaşdıra
bilmirsə, həddən artıq xırdaçı və təmizkar olurlar.
Belə adamın başını vaxtında elmlə qatmasan o, ədalət,
bərabərlik axtarışı və simicliyi ilə hamının zəhləsini
tökəcək.
4-cü
kvadrat (səhhət, sağlamlıq xarakteristikası)
- bu adam çox bərk xəstələnəcək, xüsusilə də 2-lər
çox olarsa. Onlar uşaqlıqdan bəri xəstəhal olurlar.
4
– xəstələnəcək, ancaq bərk yox, orta statistik səhhət.
Belələri bütün bədənlərini məşq elətlirməlidir.
Hamıdan çox xəstələnməsələr də qocalana yaxın lap
əldən düşürlər.
44
– sağlam adam, çox ehtiraslı və seksual. Təbiətən
təbiblik bacarıqları olur. Başqasının xəstəliyini
götürə bildiyindən özləri də xəstələnə bilər.
444
– eyni şey ancaq ikiqat qüvvə ilə. Çox sağlam və
çoz seksual adamların işarəsidir.
5-ci
kvadrat (intuisiya, məntiq)
- anadan olandan intuisiya kanalı bağlıdır, ona
görə adam həmişə nə isə sübut eləməyə çalışır. Həmişə
fikirdə, eksperimentdə. Həyat təcrübəsi göstərir
ki, bu insan tərəfindən çoxlu səhvlər buraxılacaq.
Bu insanlara yaşamaq çox çətindir, hər şeyə öz «başları»
ilə nail olurlar. Başqasının təcrübəsindən yararlana
bilmirlər. Adətən çox qəribə peşə seçirlər.
5
– kanal açıqdır, bu insanlar həyatda az səhv buraxır.
Nəticəni düzgün hesablayıb problemdən çıxış yolu
tapa bilirlər.
55
– intuisiya güclü inkişaf edib. Onlardan müstəntiqlər,
hüquqşünaslar alınır. Çin olan yuxular görürlər,
adam tanıyan olurlar, xasiyyəti sifətdən oxuya bilirlər.
555
– «uzaqgörənlər», səhvə yol vermirlər, nə elədiklərini
dəqiq bilirlər. Öncəgörməlik qadliyyəti də olur.
5555
– ətrafda baş verən hər şey onlara aydındır. Filosoflar
və xəyalpərəslər və yüksək hissiyatlı ekstrasenslər
olurlar. Bəzən vaxt və məkandan qırağa çıxa da bilirlər.
6-cı
kvadrat (torpağa bağlılıq, fiziki əmək)
- insan bu dünyaya hansısa peşədə usta, peşəkar
olmaq üçün gəlib. Xoşladığı fiziki əmək ona zəruridir.
Gözəl bədii zövqü olsa da fiziki işdən çəkinmirlər.
Zərif naturalı olsalar da «yox» deməyi də bacarırlar.
6
– yerə bağlanıb, oxumağı, fiziki əməklə məşğul olmağı
xoşlayır.
66-
yerə çox bağlı adamdır. Əməyi sevir, lakin bu ona
lazım deyil. O, ağlının inkişafı üzərində çalışmalıdır.
666
– Şeytan işarəsidir. Çox ehtiraslı və cazibədar
olurlar. Onun tərəf müqabilinin xasiyyətnaməsində
çoxlu 2 olmalıdır.
6666
– insan keçmiş həyatlarında yerə çox bağlı olub.
Çoxlu işləyib. Bu insan üçün fiziki əmək ağır deyil.
Əgər 9 kvadratında bir rəqəmdən çoxdursa, ali təhsil
mütləq lazımdır.
7-ci
kvadrat (istedad, ilahi qığılcım, uğur)
- bu insan özünə gələcək həyatında 7-lər qazanmaqçün
doğulub. Çox ağır həyatı var. Çox vaxt dindar olur.
7 – ilahi qığılcım, insanın həyatı 7-sizlikdən bir
qədər yüngüldür, istedad var, lakin çox aydın ifadə
olunmayıb.
77
– çox güclü işarədir. Əgər onu tam qüvvəylə inkişaf
elətdirsə, mələyə oxşar işarədir. Adam musiqisevərdir,
bədii zövqü var, şəkil çəkməyi bacarır. Hesabında
1 və 2-ləri də varsa iddiası istedadını qabağa apara
biləcək. Onun hər şeyi, həm pisi, həm də yaxşısı
var. Qarşısında bağlı qapıları da olmayacaq.
777
– xüsusi işarədir. Bu adamlar bir qayda olaraq Yer
üzünə qısa müddətə gəliblər. Ciddi problemləri ola
bilər.
7777
– mələk işarəsi. Bu işarəli adamlar körpə vaxtı
ölürlər. Əgər yaşayırlarsa, onda çox zaman fəlakətə,
qəzalara düşürlər. Həyatı ilə daim risk edirlər
və adətən təhlükəli peşə seçirlər.
8-ci
kvadrat (vəzifə borcu, yanımlılq, səbr, xeyirxahlıq)
- aldığını qaytarmağa tələsmir. Borc almağı sevmir,
çünki qaytarmaq lazım gələcək.
8
– vəzifə borcu inkişaf edib. Tabeçiliyində bircə
belə adam varsa həmin müdir gecəni rahat yata bilər.
88
– vəzifə borcu çox inkişaf etmiş, gördüyünə həmişə
kömək etmək arzusu var. Ona görə də öz həyatı çox
çətindir.
888
– xalqa xidmət etmə işarəsidir. Bu İndira Qandinin
işarəsidir. Bu işarə altında olanlar dövlət üçün
tapıntıdır.
8888
– bu işarə 1988-ci ildə olub. Həmən uşaqlar parapsixoloji
xüsusiyyətləri ilə doğulur, dəqiq elmlərə qabliyyətli
olurlar. Çox nadir hallarda rast gəlinir.
9-cu
kvadrat (ağıl, dərrakə, yaddaş)
9
– ömür boyu çarpışaraq bu insan öz intellektini
inkişaf etdirməlidir.
99
– anadangəlmə ağıllı başdır, lakin həvəssiz oxuyur.
999
– təbiətən ağıllıdır. Bütün bilikləri «göydə» qapır.
Yüksəyə ancaq bir sahədə çatır. Ona görə də başqa
elmlər və praktiki biliklər istiqamətində öyrənməyi
xoşlamır. Gözəl məsləhətçi və müsahib olduğundan
ətrafındakılar ona həsəd aparır.
9999
– Nadir ağlı olan bu adamlara həm də həqiqətlər
bəllidir. Amma yaxın adamları ilə kobud və şəfqətsizdir.
Onlar özündə ruhi keyfiyyətləri inkişaf elətdirməlidir.
Amma bunu onlara başa salmaq çox çətin olur.
Pifaqor
kvadratının hər bölməsində rəqəmlərin sayını hesablayandan
sonra bəlkə də xasiyyətiniz barədə yeniliklər öyrənəcəksiz.
Amma kvadratda 4 dənə 7 olarsa kazinoya cummaq,
ya da 4 olmasa yatağa düşüb qalmaq da lazım deyil.
Rəqəmin olmaması, ya da artıqlığı sadəcə bir siqnaldır.
Həmin keyfiyyəti cilalayıb, ya da qabartmaq artıq
öz əlinizdədir. Bundan başqa rəqəmlər öz arasında
da müəyyən münasibətdədir.
Horizontal üzrə birinci sıra (1, 4, 7 –ci kvadratlar)
insanın məqsədyönlüyndən danışır. Həmən sırada rəqəm
tamam olmasa bu insanın məqsədi də yoxdur. O, başqalarına
arxalanır. Bir rəqəm olarsa insanın inamı söz və
mübahisələrdən o yana keçmir. 2 rəqəmin olması həyatda
yavaş-yavaş gəzişənlərin işarəsidir. Belələri əvvvəl
özünü və imkanını qiymətləndirib sonra işə baş qoşur.
3 rəqəm məqsədində o qədər də təkid eləməyənlərin
işarəsidir. 4 rəqəmi olanlar artıq məqsədinə doğru
inamla irəliləyir, amma imkanını bir qədər gec dəyərləndirir.
Birinci sırada 5 rəqəmi olanlar öz məqsədinə çatmaqçün
başqalarını ayaqlayıb keçə bilər. 6 rəqəm artıq
şişirdilmiş məqsəddən danışır, bu da onu irəli getməyə
qoymayacaq.
İkinci
sətir (2, 5, 8 –ci kvadratlar) ailəcanlılıq keyfiyyətlərinin
göstəricisidir. Rəqəm yoxdursa beləsini yalnız iş
və karyera maraqlandırır. Bir, ya da iki rəqəmi
olanlar ailənin rolunu anlasa da hər şeyin öz-özünə
qaydaya düşəcəyini gözləyir. 3 rəqəmi olanlar ailəsi
olsun, ya olmasın arasında azıb qalıb. Onlar əlinə
imkan düşən kimi bundan mütləq istifadə edib evlənməlidirlər.
4 rəqəm ailəcanlı adamlarda olur. İkinci sırada
5 rəqəmi olanlar özünə və ailə üzvlərinə qarşı böyük
tələblər sürməklə hamını incidir. 6 rəqəmi olanlar
ailəni o qədər yüksək tutur ki, bəlkə də heç vaxt
evlənmədilər.
Üçüncü
sətir (3, 6, 9-cu kvadratlar) stabilliyin, yəni
adətlər, qorxu, dəyişiklikdən çəkinməyin göstərcisidir.
Rəqəm yoxdursa, ya da bir dənədirsə bu təbiətcə
inqilabçıdır. O özünün və başqalarının həyatını
dəyişməkçün yaşayır. 2 rəqəm isə zirək adamlarda
olur. 3 rəqəm səbatsız, adətlərini dəyişənlərin
göstəricisidir. 4-5 rəqəm həyatını dəyişməyi sevməyənlərdə
olur. 6 rəqəmi olanlar özü də anlayır ki, həyatında
nəyisə mütləq dəyişmək lazımdır.
Üfüqi
istiqamətdə birinci sıra (1, 2, 3 kvadratları) insanın
özünü dəyərləndirməyini göstərir. 3 rəqəmə qədər
göstəricisi olanlarda ara-sıra əlinə düşən şansını
itirməyi də olur. Sırada 4 rəqəmi olanlar özünün
həqiqi dəyərini bilir. 5 və daha artıq rəqəmi olanlar
öz imkanlarını xeyli aşıb özünü göstərməyə daha
meylli olurlar.
İkinci
cərgə (4, 5, 6 –cı kvadratlar) maddi müstəqilliyə
can atmadan danışır. Rəqəm yoxsa, ya da azdırsa
bu insan özünü dolandırmağa təmbəllik edib ağırlığını
yaxınlarının üstünə yıxır. 2 rəqəmi olanlar öz zəhmətinə
görə layiqli pul almayanların göstəricisidir. Belələri
arzularını maddi stabilliyə qurban verə bilərlər.
3 rəqəmi arabir qazanc dalıyca qaçıb sonra hər şeyi
unuda bilənlərdə olur. Sırada 4 və 5 rəqəm maddi
tarazlıq uğrunda canını qoyanlarrın göstəricisidir.
6 və daha artıq rəqəmli insan işləyib qazanmaqdan
daha çox gözdən pərdə asmaqla ətrafındakılara problem
yaratmaqnan məşğuldur.
Üçüncü
sıra (7, 8, 9-cu kvadratlar) insanın istedadının
göstəricisidir. Rəqəm nə qədər çox olarsa, istedad
da o qədər çox olur. Amma unutmaq olmaz ki, istedadın
açılmasında özünə qiymət vermə, məqsədyönlülük,
hətta bəxt də öz rolunu oynayır.
Dioqonal
üzrə (3, 5, 7 –ci kvadratlar) insanın cismani maraqlarını
təyin eləyir. Rəqəmsizlik, ya bir rəqəm soyuqluğu
göstərir. Qəribəsi odur ki, məhz belələri xəyanətə
qol qoyur. 2, 3 rəqəmin olması normal insan temperamentidir.
Sırada 4 rəqəmi olanlar çılğın ehtiraslı olaraq
adətən münasibətlərini tarazlaya bilmir. 5 rəqəm
olarsa bu insan intimə incəsənət kimi yanaşır və
daim maraqlarını bölə biləcək tərəf müqabili axtarır.
6 rəqəmi olanlar öz şəxsi həyatını o qədər yükləyir
ki, az keçməmiş yorğunluq və boşluq onları haqlayır.
Başqa
dioqonal (1,5,9-cu kvadratlar) insanın mənəvi tərəfinə
cavabdehdir. Sırada rəqəmlərin sayı artdıqca mənəviyyatın
səviyyəsi də artıq olur. 6 rəqəmə çatırsa fanatizm
təhlükəsi də ola bilər.
Nəticələri
bəyənmədinsə ruhdan düşmə. Axı sənin taleyin elə
özünsən…
Gülnarə
Rəfiq