Yeməklər
və insanlar
Sevdiyi
yeməklə insanın xasiyyətini necə müəyyən etmək olar?
İnsanların xasiyyətinin müəyyən edilməsi ilə bağlı
artıq bir neçə yazı yazılıb. Xarakteri eyni zamanda
xoşladığın yemək və tərəvəzlərlə də müəyyən etmək
olar. Bu yöndə aparılan araşdırmaların nəticələri
də olduqca maraqlıdır.
Romantiklər
şirin, eqoistlər isə turş yeyir
Araşdırmalar göstərib ki, eqoistlər turş yeməkləri
xoşlayır. Özlərini qurban verməyə hazır olanlar,
cəngavər və romantiklər şirniyyat olmadan dura bilmir.
Duzlu yeməyə meyllilik xəsislikdən xəbər verir.
Bu insanlar əməksevərliyi və yaradıcı olmaqları
ilə də fərqlənirlər. Maraqlıdır ki, şit yemək xoşlayanlar
da əliaçıqlıqları ilə seçilmirlər. İstiotlu yeməkləri
xoşlayanlar isə sadəlövh və səmimi olurlar. Qaynar
temperamentli istiotsevərlər daim macəra axtarışındadırlar.
Ən böyük çatışmazlıqları eqoizmdir. Bəzi xəstəliklərdən
qurtulmaq üçün onlar yeməkdə duzdan az istifadə
etməlidirlər.
Tərəvəzsevərlər enerjili olur
Tərəvəzi sevən adamlar digərlərindən fərqli olaraq
daha enerjili olurlar. Bu səbəbdən də onların zəhməti
bəhrəsiz qalmır. Karyeralarını daha rahat qururlar.
Biliyə yiyələnməyə can atan tərəvəzsevərlər eyni
zamanda şöhrətpərəst olurlar. Sağlamlıqlarının qədrini
bilən bu tip adamlar məişətdə sülhsevər olur, münaqişələrdən
qaçırlar. Vegetarianlara da duzdan az istifadə etmək
məsləhət görülür. Əks halda onlar müəyyən xəstəliklər
qazana bilərlər.
Ayrı-ayrılıqda tərəvəzlərə simpatiya da insan xarakteri
haqda informasiya daşıyır. Xiyar və yemiş xoşlayanlar
cəsur və ciddi olur, təsir altına düşmürlər. Daha
çox idmançı və səyyah olan bu cür kişilərin yanında
qadınlar özlərini çox arxayın hiss edir. Qarşılarına
qoyduqları məqsədlərə tez yetişən bu insanlarda
romantizm yoxdur. Hər iki tərəvəzi xoşlayan qadınlar,
adətən, yüksək vəzifələr tutsa da, ailə həyatında
uşaq kimi köməksiz olurlar. Lakin belə qadının qismində
kişi hər zaman özünə sadiq və yaxşı dost tapa bilər.
Pomidor sevən adamlar isə şən və fəal olurlar. Lakin
onların davranışları çox vaxt münaqişələrə səbəb
olur. Bu tipli kişilər emosional və tənbəl olur.
Vaxtlarının çoxunu evdə keçirməyə üstünlük verirlər.
Pomidorla yemişi xoşlayanlar isə sakit və təmkinli
olurlar. Həmçinin gözəl əşyaları xoşlayırlar. Bu
tərəvəzləri sevənlərdən, adətən, rəssam və musiqiçilər
çıxır. Çatışmayan cəhətləri isə özünə vurğunluqları
və eqoist olmalarıdır.
Ananası sevən insan hər bir sözünü götür-qoy edir,
onunla həmfikir olmayanlardan uzaq olmağa çalışır.
Etdikləri hər bir hərəkət, istifadə etdikləri hər
bir əşya zövqlə seçilmiş olur.
Psixoloqlar həmçinin tərəvəzlərin xasiyyətdəki dəyişikliklərə
necə təsir etməsini də müəyyən edə bilib. Belə ki,
çoxlu kələm yemək insanı üzüyola, yerkökü yemək
isə şikayətcil edir. Pomidor müəyyən məqsədə doğru
daha çox çalışmaq həvəsi, xiyar isə diqqətsizlik
yaradır. Kartof ağır xasiyyət və digərlərinin fikrlərinə
dözümlülük yaradır.
Ət
yeyənlər ambisiyalı, balıq sevənlər isə sakit olur
Yağlı yeyənlər isə cəld olur
Ət yeməyi xoşlayanlar həyatda uğur əldə etməyə çətinlik
çəkmirlər. Onlar eyni zamanda ambisiyalı olur. Lakin
tərəf müqabili kimi daimi olmurlar və başladıqları
işi çox vaxt başa çatdırmırlar. Öz istəklərini həyata
keçirmək məqsədi ilə bəzən istənilən situasiyadan
sui-istifadə edə bilirlər. Ət yeməyi xoşlayanlar
tənqidləri sakit qarşılaya bilmirlər. Onlar, adətən,
mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkirlər.
Balıq sevənlər öz sakitliyi və daimiliyi ilə fərqlənir.
Dözümlü olmaları onlara dostları və həmkarları arasında
hörmət qazandırır. Ailədə belə insanlara arxalanmaq
olar. Lakin bir qədər səmimilikləri çatmır. Nadir
hallarda başqaları haqda açıq fikir bildirir və
bununla da ilk növbədə özlərinə ziyan vururlar.
Yağlı yemək xoşlayanlar isə cəld və çevik olurlar.
Həddən artıq açıq olmaları bir çox hallarda həmsöhbətlərinin
xətrinə dəyir.
Meyvə
və giləmeyvə yeyənlər isə diqqətli olur
Meyvə və giləmeyvə sevənlər çox diqqətli olurlar.
Çoxlu dostları olan belə adamlar karyera qurmağı
və başqaları ilə rəqabətə girməyi xoşlamırlar.
Meyvə sevərlərdə də romantizmə meyllilik var,
ona görə yaradıcılıqda uğur qazana bilirlər. Bundan
başqa, onlar çəkingən olur, ətrafdakıların onları
başa düşməyəcəyindən ehtiyat edirlər.
Fizzə